تبليغاتX
STOP TORTURE OF POLITICAL PRISONERS -

Bəhruz Səfəri və həyat yoldaşının səhhətində problem yaranıb

Həbsdə saxlanılan İrandakı azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan jurnalist Bəhruz Səfəri və həyat yoldaşı Leyla Heydərinin səhhətində ciddi problem yaranıb. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, Tehranın “Evin” həbsxanasında saxlanılan B. Səfəri və L. Heydəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qalır. Ürək-damar və beyin təzyiqindən əziyyət çəkən L. Heydərinin həbsxana rəhbərliyinə etdiyi müraciət isə cavabsız qalıb.

Qeyd edək ki, hər iki şəxs məhkəmənin qərarı olmadan həbs edilib və təkadamlıq kamerada saxlanılır. Zəncanda yaşayan B. Səfəri 2007-ci ilin avqustunda pantürkist fəaliyyətdə ittiham olunaraq həbs edilib. Onun sərbəst buraxılmasını tələb edən həyat yoldaşı Leyla Heydəri də həmin ayın 27-də həbs olunub. Hazırda hər iki şəxs “Evin” həbsxanasında saxlanılır.

stoptortureMon 21 Jan 2008 18:49 | Link |
 
business article